“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Apasport.az saytının məlumatın görə, son məşq 1 saat davam edib.
Burada ən yaxşı nəticəni Şarl Lekler (“Ferrari”) göstərib. O, dövrəni 1 dəqiqə 43,224 saniyəyə qət edib.
Lekler birinci sərbəst yürüşün ən sürətlisi olan Serxio Peresi (“Red Bull”) qabaqlayıb. O, dövrəni 1 dəqiqə 43,472 saniyəlik göstərici ilə başa vurub.
İlk “üçlüy”ü Peresin komanda yoldaşı Maks Ferstappen qapayıb. O, 1 dəqiqə 43,580 saniyə nəticə göstərib.

Qeyd edək ki, sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.
- Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb
- PSJ-nin prezidenti: “Superliqanın yaradıcılarına yazığım gəlir”
- Qurban Qurbanov ÇL-in finalında hansı komandaya azarkeşlik edəcək?
- Olimpiadada son medal şansımız: Günün proqramı
- “Real”a ən çox qazandıran transferlər: Kasemiro 3-cü pillədə