I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb
24.02.2026 - 19:48
Futbol üzrə Azərbaycab I Liqasında XVI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Səbail" öz meydanında "Baku Sportinq"i qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0.
Autsayder "Şimal" isə mövsümdə ikinci qələbəsini əldə edib. Komanda "Cəbrayıl"ı 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
I Liqa
XVI tur
"Şimal" - "Cəbrayıl" 3:2
Qollar: N.Osmanov, 45+1, C.Kəlbəliyev, 69, 75 - D.Açimi, 28, 64
"Səbail" - "Baku Sportinq" 0:0
0
0