“Qarabağ” beynəlxalq turnirdə “Aston Villa” ilə üz-üzə gələcək
03.04.2025 - 17:12

"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası Niderlandda beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, "köhlən atlar" "SV EPE U14 Youth Easter Cup" turnirində qüvvəsini sınayacaq.
Ağdam klubunun rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Norşellan” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq millisi olacaq.
Qeyd edək ki, yarış aprelin 18-20-si aralığında baş tutacaq.
- Güləşçilərimiz Dünya Çempionatında üçüncü yeri tutub
- Cesika Qədirovadan Avropa çempionatında 3-cü qızıl medal
- Sorlotdan poker - “Atletiko” 3 xala sevindi
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- Spiros Kapralos: "Bakıda Avropa Oyunlarının gələcəyini müzakirə etdik"
0
0