İntizam Komitəsinin iclası keçirilib
07.10.2026 - 16:54
İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

03.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” komandasının 7 nömrəli futbolçusu Hüseyn Bəbirxanlı qarşılaşmanın 90+1-ci dəqiqəsində hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);

03.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 3 nömrəli futbolçusu Saleh Bağıyev qarşılaşmanın 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);

03.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan “Səbail” – “Zəfər” oyunu “Səbail” komandasının oyun protokolunu doldurmaması və ev sahibi komanda kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə “Səbail” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 99, 94, 49);

04.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən  “Hilal Ağsu” – “Şamaxı”  oyununda  “Hilal Ağsu” komandası Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün “Hilal Ağsu” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50).

04.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Polad” –“Sumqayıt City”  oyunu “Polad”  komandasının təyin olunmuş vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmadığı üçün “Polad” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).

03.10.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilən “Sabah” – “Cənub”  oyununda “Cənub”  komandasının məşqçisi Cavid Tarıverdiyev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).

03.09.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş “Qala (Bərdə)” – “Ulduz” oyununda “Ulduz” komandasının 17 nömrəli futbolçusu Rəvan Allahverdiyev qarşılaşmanın 53-cü dəqiqəsində rəqib komandanı aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46).

04.09.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş “Ağdam”– “Zəfər” oyununda “Zəfər” komandasının 10 nömrəli futbolçusu Fərid Hüseynli qarşılaşmanın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).