Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO
28.08.2025 - 16:58
Bu gün Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir.
Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar.
Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq.
Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.
- DÇ-26: Norveç Seneqalı məğlub etdi - YENİLƏNİB
- Millimizin baş məşqçisi: "Çox güclü qrupda mübarizə aparacağıq"
- Azərbaycan çempionatı: 2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli olub
- “Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarıldı
- Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
0
0