“Turnir cədvəlinin sonuncu pilləsindəyik”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Coy Slayd Mikels “Turan Tovuz”la oyundan (0:1) sonra deyib.
31 yaşlı forvard komandada özünəinamın azaldığını vurğulayıb: “Bu, bizim üçün çox pis haldır. Komanda olaraq inamımızı itirmişik. Çalışırıq ki, yenidən toparlanaq və qələbə ruhunu bərpa edək. Bu gün əlimizdən gələni etdik, lakin məğlub olduq. Qələbə qazanmağın yolunu tapmalıyıq. Məğlubiyyətlərin qarşısını almaq lazımdır. Önümüzə baxacağıq. Məqsədimiz qələbələr qazanaraq komandanı elitada saxlamaqdır”.
Qeyd edək ki, “Karvan-Yevlax” 6 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb.
İSRAYIL XEYRULLAYEV
- Dünyanın ən yaxşı 50 məşqçisinin siyahısı AÇIQLANDI
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
- Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
- Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar bəlli olub