
“Kəpəz”in müdafiəçisi Dioqo Verdaşka yeni mövsümə də Misli Premyer Liqasında başlamağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, yeni sezondan büdcəsi daha yüksək olacağı və daha iddialı komandaya çevriləcəyi gözlənilən Gəncə təmsilçisinin heyətində hazırkı futbolçulardan bəziləri qalacaq.
Onlardan biri də Dioqo Verdaşkadır. 28 yaşlı mərkəz müdafiəçisinə çempionatımızda yarışan digər klublar da maraq göstərir. Onlardan biri “Araz-Naxçıvan”dır.
“Porto”nun yetirməsi olan Verdaşkanın yeni sezona hansı komandada başlayacağı isə mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.
Daha əvvəl “Zaraqoza”(İspaniya), “Beytar”(İsrail), “Şlensk”(Polşa), “Mirandes”(İspaniya) klublarında oynamış portuqaliyalının “Kəpəz”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2024-cü il sentyabr ayında Gəncə klubuna keçmişdi.