Luka Quqeşaşvili daha 3 il "Qarabağ"da!
18.06.2022 - 16:44
“Qarabağ” Luka Quqeşaşvilini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan çempionu rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, yanvarda Polşanın “Yagelloniya” klubundan icarəyə götürülən Quqeşaşvili bu dəfə birdəfəlik transfer edilib. Gürcüstanlı qolkiper “köhlən atlar”la 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili ötən mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 4 oyun keçirib, 2 qol buraxıb.
- "Qarabağ" İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
- II Liqada V turun təyinatları açıqlanıb
- “Hakken”in kapitanı: ““Qarabağ”a qarşı yüksək əzimlə mübarizə aparacağıq”
- Azərbaycan şahmatçısı xəstələndi və mübarizəni dayandırdı
- “Sumqayıt”ın baş məşqçisi: “Sıx və uyğunsuz qrafiklə üzləşmişik”
0
0