
“Qarabağ” Kevin Medinanın zədələnməsindən sonra müdafiəçi axtarışlarını daha da sürətləndirib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubuna 3 ay kömək edə bilməyəcək kolumbiyalının yoxluğunda legioner müdafiəçi transferi nəzərdə tutulub.
“Qarabağ” diqqətini daha çox Portuqaliya yüksək liqasında yarışan klubların müdafiəçilərinə yönəldib. Hazırda “Qarabağ” məşqçilərinin maraqlandığı futbolçular yüksək liqada mübarizə aparan ikinci “doqquzluq” klublarının müdafiəçiləridir.
Transfer baş tutmasa, “Qarabağ” Portuqaliyadan hansısa müdafiəçini ən azından altı aylıq icarə əsasında komandaya gətirəcək.
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
- “Qalatasaray”da ayrılıq baş verə bilər
- I Liqa: Autsayderlərdən inamlı qələbələr - YENİLƏNİB
- Cengiz Ünder erməni fanatlar barədə: "Buna inanan peşəkaram"
- Tərlan Əhmədov: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”