Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, +92 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində Nikoloz Beqadzeni (Gürcüstan) sınağa çəkib.
Startda Uğur Aydemiri (Türkiyə) məğlub edən Abdullayev ikinci görüşünü də xeyrinə bitirib və mərhələ adlayıb. Məhəmməd 1/4 finalda yunanıstanlı Stilianos Pouliasla döyüşəcək. Görüş iyunun 28-də olacaq.
Qeyd edək ki, bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soareslə (Portuqaliya) və Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşacaq.
- “Sabah”ın 3 futbolçusu mükafatlandırılıb
- Yeqor Titov İtaliyaya güvənir: “Təvazökar qələbə gözləyirəm”
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- Qvardiola: "Arsenal" belə davam etsə, onlara çatmayacağıq"
- "Fənərbaxça" Avropanın hansı liqalarında oynaya bilər?