Millimiz Bakıya qayıtdı
28.06.2023 - 10:40
Taekvondo üzrə milli komandamız bu gün vətənə qayıdıb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Polşada keçirilən III Avropa Oyunlarından vətənə qayıdan millimizi Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəhbərliyi, məşqçi-müəllimlər və idmançılar qarşılayıb. Əməkdar məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa qatılan milli komandamız yarışda 2 medal qazanıb.
Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafata sahib olub.
- Azərbaycanlı hakimə Avropa çempionatına təyinat alıb
- Basketbolçularımızdan uğurlu start
- Diakabi: "Azarkeşlərin dəstəyini hiss etdim" – MÜSAHİBƏ
- Braziliyalı hücumçu Premyer Liqa klubunda - RƏSMİ
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
0
0