Millimiz Fransaya yollanıb - FOTO
08.10.2025 - 15:11
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
- Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator olub
- Valdas Dambrauskas: “Futbolu bir az düşünməyəcəm”
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- "Vilyarreal"dan ayrılıq qərarı: PARTİ AZAD AGENT OLACAQ
- Millinin baş məşqçisi: "Azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür"
0
0