Millimizdə 259-cu futbolçu
22.09.2022 - 21:37
Azərbaycan milli komandasına debüt gerçəkləşəcək.
Apasport.az saytının məlumatına görə, Ozan Can Kökçü ilk dəfə ölkəmizin əsas komandasında forma geyinəcək.
O, Slovakiya ilə Millətlər Liqasının start heyətində yer alıb. Ozan yığma tarixinə 259-cu kimi düşəcək. Bunadək 282 matça çıxan millidə 258 futbolçu forma geyinib.
Qeyd edək ki, milliləşən niderlandlı futbolçu 2022-ci ilin ikinci debütantıdır. Onadək Qismət Alıyev debüt imkanı qazanıb.
- Parataekvondoçularımız Qran-pri və dünya çempionatında mübarizə aparacaq
- Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
- “Araz-Naxçıvan”ın zədəliləri sıraya döndü
- Rəşad Sadıqov: "Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək"
- “Jirona”da yeni baş məşqçi: Komandanı La Liqaya qaytarmalıdır
0
0