Millimizdən böyük hesablı QƏLƏBƏ
20.03.2024 - 20:35

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda 3-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, Moldova ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Dördüncü qolu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü yerdə başa vurub.
- Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
- “Qarabağ”ın futbolçusu Almaniyaya baxışa yollanıb
- "Zirə"nin "Şerif"lə oyunlar üçün iştirak ərizəsi açıqlandı
- Oyunda ürəyi dayanan futbolçunun son durumu müəyyənləşib
0
0