Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, yığma martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
| S. |
AD/SOYAD |
KLUB |
|
1 |
Aytac Şərifova |
Hakkarigücü (Türkiyə) |
|
2 |
Nərgiz Əliyeva |
Fatih Vətən (Türkiyə) |
|
3 |
Günay İsmayılova |
Neftçi |
|
4 |
Nigar Mirzəliyeva |
Zenit (Rusiya) |
|
5 |
Manə Mollayeva |
Neftçi |
|
6 |
Fidan Cəfərova |
Neftçi |
|
7 |
Yeliz Acar |
Fatih Vətən (Türkiyə) |
|
8 |
Kamilla Məmmədova |
Dirçəliş |
|
9 |
Firəngiz Teymurova |
Neftçi |
|
10 |
Jalə Məhsimova |
Amed Spor (Türkiyə) |
|
11 |
Peritan Bozdağ |
Fatih Vətən (Türkiyə) |
|
12 |
Nazlıcan Parlak |
Qalatasaray (Türkiyə) |
|
13 |
Coşqunə Əliyeva |
Neftçi |
|
14 |
Sevinc Cəfərzadə |
Krasnodar (Rusiya) |
|
15 |
Ayşən Əhmədova |
Ünyespor (Türkiyə) |
|
16 |
Alina Dorofeyeva |
Rubin (Rusiya) |
|
17 |
Diana Məmmədova |
Rubin (Rusiya) |
|
18 |
Ayşən Salamzadə |
Neftçi |
|
19 |
Xanım Əsədova |
Neftçi |
|
20 |
Sona Rəhimova |
Neftçi |
|
21 |
Aysun Muradova |
Gölbaşı Belediye Spor Türkiyə) |
|
22 |
Esra Manya |
Fatih Vətən (Türkiyə) |
|
23 |
Alina Nəhmədova |
Neftçi |