Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin Avropa çempionatının I seçmə mərhələsində Serbiya və Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, U-17-nin Serbiya yığması ilə görüşünü uelsli, ev sahibi Lüksemburq seçməsi ilə matçını isə gürcüstanlı baş hakim idarə edəcək.
Serbiya ilə oyunda Şarlot Karpenterə Mişel Ceyn Portelli və gürcüstanlı Sopo Tsulaya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mzevinari Şaraşanidze (Gürcüstan) yerinə yetirəcək.
Gürcüstan millisi ilə qarşılaşmada isə baş hakim Mzevinari Şaraşanidze olacaq. Ona həmyerlisi Sopo Tsulaya və yunanıstanlı Mariya Detsi kömək edəcəklər. Dördüncü hakim Eyrini Pinqyu (Yunanıstan) olacaq.
Serbiya ilə oyun oktyabrın 30-da, Bakı vaxtı ilə 21:00-da, Lüksemburqla matç isə noyabrın 2-də, 19:00-da başlayacaq.
- Minifutbol çempionatında ilk tura yekun vurulub
- Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyası III MDB Oyunlarında
- Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”
- “Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB
- “Latsio”da Luis Albertonun gələcəyinə aydınlıq gəldi