Millimizin üzvü oynadı, komandası məğlub oldu
07.04.2025 - 23:42
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya çempionatında məğlubiyyət acısı yaşayıb.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 33-cü turda öz meydanında uduzub.
Zamiqin komandası "Elbasani"yə 1:2 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev birinci hissədə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri 6 oyundan sonra xalsız qalıb.
Qeyd edək ki, lider mövqeyində qərarlaşan "Eqnatiya" yaxın rəqiblərinin xal itirməsindən istifadə edə bilməyib. Onlar 58 xalla "Dinamo"nu 3 xalla qabaqlayırlar.
- Ndombele və Okan Burukun qamburger davası
- "Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə
- Afrika Millətlər Kubokunda finalın adı bəlli olub
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- AVF rəsmisi Avropa çempionatının final mərhələsində
0
0