İkiqat Olimpiya çempionu vəfat edib
21.07.2026 - 23:47
İkiqat Olimpiya çempionu vəfat edib

Akademik avarçəkmə üzrə ikiqat Olimpiya çempionu Olaf Tufte vəfat edib.

Apasport.az xəbər verir ki, norveçli idmançı 50 yaşında dünyasını dəyişib.

Məlumata görə, Tufte iyulun 20-də öz evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onu tibbi helikopterlə Oslo xəstəxanasına çatdırsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Olaf Tufte akademik avarçəkmənin təkatlı qayıq növündə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, həmçinin dünya çempionatlarının ikiqat qalibi olub.

Qeyd edək ki, Tufte 1996-cı ildə Atlantadan başlayaraq 2020-ci il Tokio Olimpiadasınadək ardıcıl yeddi Yay Olimpiya Oyununda iştirak edən ilk norveçli idmançı kimi tarixə düşüb. O, son Olimpiya yarışına 45 yaşında çıxmışdı.