Millinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
05.08.2024 - 12:42
Millimizin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb.
Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.
Müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinmişdi. Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında sonlanacaq.
- Musa Qurbanlı: "Poqon" haqda mənə məlumat verilməmişdi" – MÜSAHİBƏ
- "Qarabağ"dan Kadiyə təşəkkür - FOTO
- Erik ten Haq Kimdir? "Mançester Yunayted"in Uğursuzluğunun Qurbanı
- Aleksandr Çertoqanov: “Onları Azərbaycan millisinə dəvət etmək mümkündür” - MÜSAHİBƏ
- Aziz Yıldırım "Fənərbaxça"nın ali şurasının toplantısında - VİDEO
0
0