“Qalatasaray” Okan Burukla müqaviləni uzatdı
07.06.2023 - 16:58
“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi mütəxəssislə anlaşmanın müddətini bir il müddətinə artırıb.
İstanbul nəhəngi 1+1 illik müqavilədəki uzadılma bəndini aktivləşdirib. 50 yaşlı çalışdırıcı 2024-cü ilin yayına qədər İstanbul nəhənginə rəhbərlik edəcək. “Qaltasaray” müqavilənin uzadılması barədə Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
Qeyd edək ki, Okan Buruk 2022-ci iyunundan “Qalatasaray”ın baş məşqçisidir.
- Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək
- Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək
- Fiziyev Oliveyra ilə döyüşə niyə çıxmadı? - ÖZÜ AÇIQLADI
- Növbəti 1/8 finalçılar: İngiltərə və ABŞ - YENİLƏNİB
- "Qarabağ"ın akademiyasının komandaları üçün seminar təşkil olunub
0
0