“Nant” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la V tur matçına bir itki ilə çıxacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Fransa klubunun baş məşqçisi Antuan Kombuare verib.
O bildirib ki, yeganə itkiləri müdafiəçi Şarl Traoredir. Malili sol cinah oyunçusu hələ də bərpa mərhələsindədir və sabah çalışdırıcının sərəncamında olmayacaq.
Əvəzində Liqa1-də “Monako” ilə keçirilən qarşılaşmadan əvvəl dizindən zədə alan braziliyalı müdafiəçi Fabio kollektivə qayıdıb. “Sambaçı” “Qarabağ”la görüşün iştirak ərizəsində olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi - RƏSMİ - YENİLƏNİB
- Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib
- Peres “Barselona”nın transferi haqda: “Əla seçimdir”
- Madrid derbisində 7 qol: Güler də fərqləndi
- "Arsenal" və "Napoli"dən Kadıoğlu uğrunda mübarizə