Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib
06.07.2024 - 12:12
Naxçıvan Futbol Federasiyasında yeni təyinat baş tutub.
Apasport.az-ın məlumatına görə, Zaur Axundov qurumun yeni sədri seçilib.
Bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.
Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidentidir. AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
- Bundesliqada baş məşqçi ayrılığı: Martda gəldi, mayda göndərildi
- "Qarabağ" Türkiyədə 2 komandanı məğlub etdi, 2-nə uduzdu
- Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"
- Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
- Kazemironun “Mançester Yunayted”dəki qazancı dəqiqləşdi
0
0