“Neftçi” kubokun finalının nominal ev sahibi oldu
04.05.2023 - 13:33
Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.
Apasport.az saytının məlumatına görə, mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib.
Püşkün nəticəsinə əsasən, “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- Laurentsiu Regekampf: “Eyni səviyyəni qoruyub saxlamalıyıq”
- "Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub
- Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib - VİDEO
- “Real” onları istəyir – 3-ü bəlli, 1-i naməlum
0
0