"Neftçi” yeni transferlə güclənib. "Ağ qaralar"ın FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə uzun sürən danışıqları müsbət yekunlaşıb.
Apasport.az xəbər verir ki, bütün detallarda razılıq əldə olunub. Təmsilçimiz afrikalı legionerin transferinə görə müəyyən məbləğdə təzminat da ödəməli olub. Lakin məbləğ bir müddət əvvəl iddia olunan 7 milyon avrodan çox aşağıdır.
Yeni transfer qısa müddətdə "ağ qaralar"ın düşərgəsində olacaq. Nqezana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib. 27 yaşlı arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır
- Kəmalə Əsgərova 18 yaşadək oğlanlar arasında Avropa çempionatında iştirak edəcək
- “Araz-Naxçıvan” Sumqayıt səfərindən xalsız qayıdır - YENİLƏNİB
- Qyökereş Azərbaycanla matçda İbrahimoviçin uğurunu təkrarlayıb
- Güləşçilərimiz dünya çempionatında mübarizə aparacaqlar