“Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bunu “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutacaq matçın biletləri bu gündən satışdadır. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar: ttps://iticket.az/events/sport/neftci-pfk-sabah-fk6/103245
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da keçiriləcək matç saat 18:30-da başlayacaq.
- Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub
- Vladimir Dimitrovski: “Qarabağ”ın turu keçmək şansı 50 faizdir" - Müsahibə
- Vlahoviç İtaliyada klubunu dəyişə bilər
- Rauf Əliyev: "Qarabağ" Avropada niyə də finala qalmasın?!" - Müsahibə
- Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb