"Neftçi"də Emin Əfəndi dövrü bitdi - Rüstəm Əfsərli qayıdır
09.07.2024 - 11:02
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi klubdakı vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, artıq Emin Əfəndinin yerinə gələcək ad da bəllidir.
Onu bu postda “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərli əvəz edəcək.
Əfsərli 2015-2017-ci illərdə də “Neftçi”nin Media və Marketinq Departamentinin rəisi vəzifəsində çalışıb.
Rüstəmin "ağ-qaralar"da budəfəki vəzifəsi isə klubun media koordinatorluğu olacaq.
Qeyd edək ki, Emin Əfəndi 2023-cü ilin yayında “Neftçi”də mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.
- "Sabah" “Zirə” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib
- Əliyar Ağayevin təyin olunduğu matç qəzaya görə təxirə salındı
- Hakan Sünal: “Azərbaycan futbolu “jiquli” sürəti ilə irəliləyir” - VİDEO
- Stolüstü tennis millimiz ilk dəfə Avropa çempionatına qatılacaq
0
0