“Neftçi”də iki itki: Legionerlər fərdi məşq edir
14.04.2023 - 16:10
“Neftçi”nin zədədən sonra bərpa prosesi keçən futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu klubun həkimi Şaiq Zöhrablı paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlayıb.
Bu gün Misli Premyer Liqasının XXX turunda “Qəbələ” ilə qarşılaşacaq “ağ-qaralar”ın iki itkisi var. Legionerlər Ataa Caber və Vato Arveladze kollektiv çalışmalardan kənar qalıb. Onlar fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq. Görüş “Bakcell Arena”da təşkil olunacaq.
- Cüdoçularımız Avropa Kata çempionatına qatılacaq
- Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlanıb
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Qurban Qurbanov təlim-məşq toplanışını dəyərləndirdi - VİDEO
- Juninyo "Neftçi" ilə görüşü buraxacaq? - Açıqlama
0
0