
“Neftçi”nin transfer siyahısında yer alan fransalı futbolçu Kilan Lebon azad agent statusu alıb.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ötən ilin ikinci yarısında şərəfini qoruduğu “Astana” ilə yollarını ayırıb.
2022-ci ilin avqustunda Qazaxıstan təmsilçisinə keçən və bu klubda çempionluq yaşayan Lebon 13 oyunda 2 qol və 1 assistə imza atıb. Klubsuz qalan fransalının “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir. Tərəflər yaxın günlərdə münasibətlərini rəsmiləşdirməlidir.
Qeyd edək ki, “Amyen”in yetirməsi olan Kilan karyerası ərzində “Şambli”, “Utrext”, “Ayaçço”, “Kreteyl”, “Beroe”də oynayıb.
- Beynəlxalq Tennis Federasiyasından təxribatçı əməllə bağlı məktub
- “Çempionatı çox yaxşı səviyyədə keçirdik” - Teymur Hüseynov
- Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
- Daha bir referimiz "A" kateqoriyalı hakim statusu aldı
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT