Olimpiya çempionları üçün xüsusi olimpiya təqaüdünün məbləği dəyişib
24.07.2024 - 17:10
Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.
Apasport.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.
- Kərim Adeyemi: Almaniya Futbolunun Yeni Ulduzu
- Azərbaycan taekvondoçuları dünya birinciliyinə yollandı
- Millətlər Liqasının ən məhsuldar komandasına PROQNOZ
- Şahmat millimiz növbəti dəfə Gürcüstanla heç-heçə edib
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
0
0