Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub
26.08.2025 - 19:07
Azərbaycan Tennis və Padel Federasiyası tərəfindən təşkil olunan Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, "Sea Breeze"də keçirilən yarışda həm kişi, həm qadın idmançılar mübarizə aparıb.
Kişilərin yarışında birinci yeri Yusif Rzayev və Tamerlan Əzizov, ikinci yeri Rəsul Qocayev və Oleq Zagorodnev, Orxan Manaflı və İlyas Həsənli cütü isə 3-cü yeri tutublar.
Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Sofiya Sokolova birinci ,Mehin Qocayeva və Fatimə İbrahimova ikinci, Billur Quliyeva və Leyla Almisakova cütü üçüncü olub.
- Premyer Liqadan A Seriyasına
- Ən yaxşı qapıçılar açıqlanıb - İLK PİLLƏDƏ DONARUMMA VAR
- “Qalatasaray”ın iki futbolçusu 10 oyun diskvalifikasiya oluna bilər
- Millimizin İsveç və Xorvatiya oyunları üçün heyəti açıqlanıb
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
0
0