Poqbanın transferi açıqlanır
23.06.2022 - 11:45
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın “Yuventus”a keçidi rəsmiləşir.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu bu gün Turin klubunun rəsmiləri ilə son dəfə bir araya gələcək.
İlkin razılıq əldə edən tərəflər məhz bugünkü görüşdə xırda detalları da müzakirə edəcək və ardından “Yuventus” onun keçidini açıqlayacaq. Yarımmüdafiəçinin “Mançester Yunayted”dən ayrıldığından, “qoca sinyora”ya azad agent kimi keçir.
Qeyd edək ki, Pol Poqba daha əvvəl 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.
- Ronaldonun komandası AFC Çempionlar Liqasından kənarda qaldı
- Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
- Qvardiolanın “Mançester Siti”dəki taleyi bəlli olub
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi
0
0