“Qarabağ” 12 pillə geriləyib
10.11.2024 - 10:32
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda planetin 507 ən yaxşı komandası yer alıb.
Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 167,25 xalla dünyada 72-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.
18 rəqibini özündən irəli buraxan “Zirə” 94,25 xalla 219-cu yerdədir. 59,50 xala malik “Sabah” da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cüdür.
Qeyd edək ki, cədvələ 414 xala malik “Real” başçılıq edir.
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Bundesliqa: "Borussiya Dortmund"dan darmadağın
- Henderson 4 dəfə artıq maaşa "Liverpul"dan gedir
- "Qalatasaray"da böhran: Futbolçular çempionluq mükafatlarını ala bilmirlər
- Braziliyanın səfiri: "Qarabağ"ın uğurlu çıxışı təqdirəlayiqdir" - VİDEO
0
0