"Qarabağ"ın U-15 komandası Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior World Cup" turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, turnirdə 24 komanda iştirak edəcək.
"Qarabağ"la yanaşı, daha bir neçə məşhur klub kubok uğrunda mübarizəyə qoşulacaq. Onlar arasında “Fulhem” (İngiltərə), “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər), “Dinamo” (Tbilisi, Gürcüstan) yer alıb.
Rauf Əliyevin yetirmələri B qrupunda yer alacaqlar. Aprelin 17-də "Titanic Football Center"də keçiriləcək qrup mərhələsində komanda 3 matça çıxacaq. “Qarabağ” saat 09:00-da “Fulhem”, 14:00-da “Qaziemir Gündoğan” və 18:00-da “Muratlı Yıldızspor”la görüşəcək.
Azərbaycan təmsilçisi səfərə 18 futbolçu ilə yollanacaq: Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov, Tunar Əsgərzadə.
- "Arsenal" İngiltərə millisinin qolkiperini ala bilər
- Millimiz təlim-məşq toplanışında yoxlama oyunları keçirəcək
- Emin Quliyev: “Qarabağ” heç-heçəni düşünərək mübarizə aparsa...”
- Saşa İliç: “Bəzi oyunçular bunu dərk etmirlər”
- Erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"