“Qarabağ” yeni formalarını təqdim etdi - FOTO
29.06.2025 - 21:06

"Qarabağ" 2025/26-cı illər mövsümü üçün yeni formalarını ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, təqdimetmədə meydan oyunçuları Bəhlul Mustafazadə, Toral Bayramov və Kadi, həmçinin qapıçılar Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalski iştirak ediblər.
Yeni formalarla çəkilişlər Şuşada qala divarları qarşısında, İsa bulağında, Cıdır düzündə olub.
Meydan oyunçuları üçün ənənəvi ağ, qara və göy rənglərdə olan köynəklərdə öndə Azərbaycan bayrağının da yer alması diqqəti çəkib.
- Şahruddin Məhəmmədəliyev: "Bu, ağır olacaq"
- Avropa çempionumuz dünya çempionatında mübarizəyə başlayacaq
- De Bruynedən Premyer Liqada 100-cü qol ötürməsi
- “Feyenoord”un baş məşqçisi: “Belə etsələr “Roma”ya çox təəccüblənərəm”
- ”Xankəndi”nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
0
0