“Qəbələ” – “Qarabağ” oyunu təxirə salındı
18.01.2024 - 16:16

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Məlumata görə, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ məlumat yoxdur. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.
- Azərbaycanı Balkan Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
- “Neftçi” – “Qarabağ” matçı üçün 5000 bilet satılıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Tahir GözəlI “Qarabağ” Qurbanovu, Qurbanov “Qarabağ”ı yaratdı”
- “Neftçi”ni cəzalandıran hücumçu: “Daha çox qol vurmalı idik”
0
0