Zaqatalada minik avtomobilləri toqquşub.
Apasport.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yengiyan kəndi ərazisində baş verib.
Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, "VAZ-2107"nin sürücüsü Emil Səfərov "Qəbələ" futbol klubunun oyunçusudur.
- Yığmamıza qarşı 23 slovakiyalı - HEYƏT
- Rəşad Sadıqov: “Vacib üç xal qazandıq” - MÜSAHİBƏ
- Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
- Şotlandiyalı azarkeş açılış matçı üçün 1600 kilometr məsafə qət edib
- Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını ləğv edib