Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 34 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin də qərarlaşdığı pillə bəlli olub.
Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1-1-1) qapayıb.
Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.
- FIFA iki türk klubunu CƏZALANDIRIB
- AVRO-2028-in ev sahibləri müəyyənləşdi: Türkiyə namizədliyini geri götürdü
- Əfran İsmayilov: "Zirə"ni çempion kimi təqdim edə bilərəm" - MÜSAHİBƏ
- Tarik Elyunissi: “Qarabağ” rəqibi üzərində üstünlüyə sahibdir”
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ