“Bəlkə də ən vacib üç xalı qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz”la görüşü barədə fikirlərini açıqlayıb. O, “CBC Sport”a açıqlamasında 3:2 hesablı qələbəyə şərh verib: “Komanda istədiyimiz kimi hazır deyil. Hazırlıqdan birbaşa bura gəlmişdik. Bakıya dönmədən Tovuza gəldiyimizdən bir az yorğunluq var idi. Gərgin matçda vacib üç xal qazandıq. Komandanı bir neçə tur sonra optimal vəziyyətə gətirəcəyik. Oyun bəsit epizodlarda dayanırdı. Bir aydan sonra rəsmi matça çıxdıq. Oyunçuların ustalıq səviyyəsini artırmaq və onlara güvənməliyik”.
Qeyd edək ki, “Qarabağ” 19 oyundan sonra 53 xalla çempionatın vahid lideridir.
- DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
- Millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq
- “Liverpul” holland müdafiəçini transfer edə bilər
- "Şəfa" 7 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
- MDB Oyunlarının ilkin yarış cədvəli müəyyənləşib