Rahil Məmmədov Polşa klubundan ayrıla bilər
06.02.2024 - 14:49
Azərbaycan milli komandasının müdafiəçisi, bu qış "Qarabağ"dan “LKS Lodz”a keçən Rahil Məmmədov yeni mövsümə başqa komandada başlaya bilər.
Apasport.az xəbər verir ki, Polşa klubu onunla 1,5 illik müqavilə imzalamışdı. Saytımıza verilən məlumata görə, Məmmədovun müqaviləsinə xüsusi bənd daxil edilib.
Belə ki, Lodz təmsilçisi Polşa Ekstraklasasını tərk edərsə, Məmmədov müqavilədəki xüsusi bəndə görə azad agent statusuna yiyələnəcək.
Əgər klub liqadakı yerini qoruyarsa, Rahil yeni mövsümə də “LKS Lodz”da başlayacaq.
- Millinin məşqçisi: "Yığmamız səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb"
- Sinqodan yaxşı xəbər: Zədəsi ciddi deyil
- DÇ: “Benfika"dan darmadağın, “Çelsi” bacarmadı - YENİLƏNİB
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- "Pulumu verin, gedim" - Ziyeşdən "Qalatasaray"a şərt
0
0