
“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsi barədə danışarkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını söyləyib: “Digərləri kimi, Azərbaycan və Estoniya da AVRO-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana uçub rahat 3 xal qazanacağını düşünə bilmərsən”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.
- "Sabah"ın baş məşqçisi: "Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik"
- Boksçular üçün 5 milyonluq kubok - DÇ-nin mükafat fondu artırıldı
- Halil Atlı: "Oyunun qırılma nöqtəsinə gəlməsinin qarşısını ala bildik"
- ÇL: "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - YENİLƏNİR
- Ronaldo DÇ-2026 haqda düşünmür - SƏBƏB