Ramalinqom üçün xüsusi oyun: YUBİLEYƏ ÇATDI
18.05.2026 - 11:29
Misli Premyer Liqasının XXXII turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu turnirdə 25-ci dəfə fərqlənib.
O, “Zirə” ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.
Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. “Səbail”də 15 (35 oyun) dəfə fərqlənən fransalı “Sumqayıt”da 10 (28 oyun) qola sevinib.
0
0