“Rapid” – “Neftçi” oyununun hakimləri açıqlandı
02.08.2022 - 13:15
Konfrans Liqasının III təsnifat mərhələsinin “Rapid” – “Neftçi” oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avqustun 11-dəki cavab matçını norveçli ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Rohit Saggi olacaq. Ona Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.
Qeyd edək Ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq matç “Veststadion”da keçiriləcək.
- “Qarabağ”a transferi baş tutmadı, Braziliyada klub tapdı
- Sumqayıt Konfrans Liqası matçlarına ev sahibliyi edəcək - Rəsmi
- Azərbaycan millisi Özbəkistana qarşı
- Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
- Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi
0
0