Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
25.05.2022 - 22:35
“Liverpul”un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı sualları cavablandırıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “qırmızılar”dan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Misir millisinin üzvü Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını söyləyib. O, yeni müqaviləyə hazır olduğunu, rəhbərlikdən buna uyğun təklif gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Premyer Liqada 23 qolla mövsümün bombardiri olan Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
- Kosta Braziliya klubunu tərk etdi
- Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
- “Qarabağ” Aftandil Hacıyevlə müqavilə imzaladı
- Yarımçıq qalan oyunla bağlı qərar açıqlandı: “Xilasedici”yə texniki məğlubiyyət
0
0