“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq
17.06.2025 - 01:18

“Şamaxı” yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək.
Apasport.az xəbər verir ki, Şamaxı təmsilçisi komanda toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma iyulun 14-də Qəbələ şəhər stadionunda keçiriləcək.
0
0