Samir Abasov: “Bizə yaraşmayan mövsüm oldu”
24.05.2025 - 21:53
Samir Abasov: “Bizə yaraşmayan mövsüm oldu”

Misli Premyer Liqasının XXXVI turunun "Sabah" - "Neftçi" matçından (1:0) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

- Fiziki, mental durumu yəqin ki, yoluna qoymaq olar. Amma düşünmək olar ki, yayda ən çətin işiniz seleksiya işi olacaq? 
- Bəli, seleksiya işidir. Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda olaraq məşqçi olaraq, bu işdə çalışanlar olaraq bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Amma bu vaxta kimi də gördüyümüz işlər açıqlanmasa da, yaxşı iş görmüşük. Təki nəticəsi olsun.

- Gücləndirmək istədiyiniz mövqe arasında qapı xətti var? 
- Mövqeləri açıqlamayacağıq. Transferlər olanda, görəcəksiz. Bu oyunçular klub tərəfdən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqeyimiz var.

- Birinci hissədə epizod var idi, Namik Ələsgərov Emin Mahmudovun ayağına girir və qırmızı vərəqəyə oxşayır. Keçən dəfə demişdiz ki, lazım olan şəxslər yumruğu stola vursun. O yumruq vurulmasa, yeni sezon “Neftçi” daha çox çətinlik çəkcəcək? 
- Hansısa referini, referiləri bizə qarşı hansısa komandaya qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var. Nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Katastroya yaxın bir şey oldu. Bunları masaya otuzdurub, danışa bilmərik. Dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğumdan səhvlər aradan qalxacaq.

- Düşünürsüz ki, elə bu heyətlə getməmək yaxşıdır, yayda oturub köklü islahatlar aparasız? Hər halda, avrokuboklara getsəydiz, oyunçuları yola salmaq, yeni heyət qurmaq zaman alacaqdı. Avrokuboklar da gözləmir... 
-Futbol baxımından elədir. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmina avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik. Bir neçə il avrokuboka getməyək, alınmayacaq bu klubda.