Sarri rəsmən “Atalanta”da
15.06.2026 - 21:23
Sarri rəsmən “Atalanta”da

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisini Mauritsio Sarri çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mauitsio Sarrinin son iş yeri 2025/26 mövsümünün sonunda ayrıldığı "Latsio" olub.