“Səbail”də daha bir yeni müqavilə
04.06.2024 - 19:02
2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.
Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.
- Deni Qaysumov: "İsveç Avstriyadan güclüdür və daha ağır olacaq" - MÜSAHİBƏ
- Qurban Qurbanov: “Bu gün tam razı qaldığım məqamlar olmadı”
- Portuqaliyalı “Beşiktaş”dan ayrılacaq: Sergen Yalçın istəmədi
- Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
- Türkiyə kuboku: “Qalatasaray” çempion
0
0