Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlanıb
30.07.2024 - 10:17
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.
- Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO
- "Qarabağ" artıq Cəbəllütariqdədir - FOTO
- Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
- "Sumqayıt"dan narazı valideynlər "Sabah"ı istəyirsə, bizim nə günahımız var?"
- Millimiz təlim-məşq toplanışına Göygöldə start verib
0
0