“Turan Tovuz” yenə cərimələndi
23.04.2025 - 13:52
“Turan Tovuz” yenə cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:

18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 36.5);

18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 51.2);
 
18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilsin (maddə 52.2);
 
20.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı” klubunun 12 nömrəli futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şamaxı” klubu 500 manat cərimə edilsin (maddə 36.5);
 
20.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubu tərəfindən ehtiyat skamyaya dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 54);
 
17.04.2025-ci il tarixində I Liqada XXII turun “Baku Sporting” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
17.04.2025-ci il tarixində I Liqada XXII turun “Cəbrayıl” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
17.04.2025-ci il tarixində I Liqada XXII turun “Difai” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsinin iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilsin (maddə 73.1);
 
18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);
 
18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda dəhlizdə, ev sahibi komandanın soyunub-geyinmə otağında “A buraxılışı” vəsiqəsindən istifadə etməyən şəxslər olduğuna görə MOİK klubu 50 manat cərimə edilsin (maddə 51.8);
 
18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
18.04.2025-ci il tarixində I Liqada XXII turun “İmişli” – “Qəbələ” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
18.04.2025-ci il tarixində I Liqada XXII turun “İmişli” – “Qəbələ” oyununda “Qəbələ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” oyunu ilə bağlı AFFA Apellyasiya Arbitraj Tribunalının 18 aprel tarixli qərarına əsasən məsələyə yenidən baxılıb və qərara alınıb:
 
03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” görüşündə oyun günü planının pozulmasına (meydança sulanmayıb, qapı torunda problem olduğu üçün matç 6 dəqiqə gec başlayıb) görə “Difai” klubu 100 manat cərimə edilsin (maddə 77.1);
 
19.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” komandası Əsasnamənin tələbini (maddə 3, bənd 20) pozduğuna görə 50 manat cərimə edilsin (maddə 70.1);
 
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 73 nömrəli futbolçusu Əli Abbasov rəqib komandanın ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalansın, “Sabah-2” komandası 200 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.1, 32);
 
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının 71 nömrəli futbolçusu Bəhram Köçərli hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Səbail-2” komandası 300 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.3);
 
21.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Şamaxı-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
21.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
20.04.2025-ci il tarixində keçirilməli olan futzal üzrə 1-ci liqanın 11-ci turunun Djevo Dəyirman – Star Kargo oyununda Djevo Dəyirman komandası təyin olunan vaxtda meydana çıxmadığına görə Djevo Dəyirman komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
20 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İnşaatçı PİK-Ramana FK oyununda Ramana FK komandasının heyətində N17 futboçu Emil Əliyev qarşılaşmanın 79-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
20 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Atidel PFK-Gənclər PFM oyununda Atidel PFK komandasının heyətində N5 futbolçu Araz Kərimli qarşılaşmanın 78-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Veteran Tankçılar FK-Goranboy OİK oyununda Veteran Tankçılar FK komandasının heyətində N2 futbolçu Rəhman İsmayılov qarşılaşmanın 58-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Biləsuvar FK oyununda Lənkəran FK komandasının heyətində N8 futbolçu Şahin Ağayev qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan Marafon İK –Ərgünəş FK oyunu Ərgünəş FK komandasının gəlməməsi səbəbindən baş tutmadığı üçün Ərgünəş komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
20 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK–Qarabağ FK oyununda Neftçi PFK komandasının heyətində N4 futbolçu Əli Nəbizadə qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK–Qarabağ FK oyununda Qarşılaşmanın 90+4-cü dəqiqəsində Neftçi PFK komandasının baş məşqçisi Emin Mustafayev meydana daxil olaraq hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
16 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Qarabağ FK oyununda Kəpəz PFK komandasının heyətində N7 futbolçu Sənan Şamilov qarşılaşmanın 64-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.1);
 
16 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Qarabağ FK oyununda Qarşılaşmanın 67-ci dəqiqəsində Kəpəz PFK komandasının heyətində N8 futbolçu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
16 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Qarabağ FK oyununda Qarşılaşmanın 67-ci dəqiqəsində Qarabağ FK komandasının heyətində N21 futbolçu Həbib Qədimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
15 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Turan Tovuz FK–Qəbələ İK oyununda Turan Tovuz FK komandasının heyətində N9 futbolçu İlham Beybutov qarşılaşmanın 41-ci dəqiqəsində rəqibi vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
20 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK–Sumqayıt FK oyununda Sumqayıt FK komandasının heyətində N6 futbolçu Vəli Abbasov qarşılaşmanın 75-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
20 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Qarabağ FK–Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N3 futbolçu Tural Həsənov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
19 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail PFK–European Football Academy oyununda Səbail PFK komandasının heyətində N2 futbolçu Aydın Xəlilov qarşılaşmanın 90-cı dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
22 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Mübariz FA–Kəpəz PFK oyununda Mübariz FA komandasının heyətində N5 futbolçu Arda Qasımov qarşılaşmanın 73-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasının heyətində N4 futbolçu Fərid Ağasarılı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Metak komandasının heyətində N4 futbolçu  Əli Şıxnəbiyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsində Şamaxı FK komandasının heyətində N7 futbolçu Ömər Qocalı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsində Şamaxı FK komandasının heyətində N11 futbolçu Hüseyn Hüseynov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsində Metak komandasının heyətində N23 futbolçu Əli Zamanov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsində Metak komandasının heyətində N47 futbolçu Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsində Şamaxı FK komandasının baş məşqçisi Tərlan İsgəndərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Qarşılaşmanın 80+2-ci dəqiqəsindı Şamaxı FK komandasının rəsmisi Amil Mənsimov hakimi təhqir etdiyinə görə  qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilsin, müstəsna hal olaraq 500 manat cərimə edilsin. Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 40.3, 40.11, 21, 1);
 
15 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Araz Naxçıvan PFK –UGİM(Ordubad) oyunu UGİM(Ordubad) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün UGİM(Ordubad) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
15 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan UGİM(Babək) –UGİM(Kəngərli) oyunu UGİM(Babək) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün UGİM(Babək) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
16 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan UGİM(Babək) – UGİM(Sədərək)  oyunu UGİM(Sədərək)  komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün UGİM(Sədərək) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
19 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən European Football Academy- FC Young Pro oyununda European Football Academy komandasının heyətində N7 futbolçu Kənan Səfiyev qarşılaşmanın 47-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3);
 
19 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən European Football Academy- FC Young Pro oyununda European Football Academy komandasının N8 futbolçu Əziz Süleymanlı qarşılaşmanın 47-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3);
 
19 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən European Football Academy- FC Young Pro oyununda FC Young Pro  komandasının heyətində N19 futbolçu Fərman Əsədov qarşılaşmanın 47-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3);
 
19 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən European Football Academy- FC Young Pro oyununda FC Young Pro  komandasının heyətində N41 futbolçu Yusif Xankişili qarşılaşmanın 47-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3).