UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
15.09.2023 - 10:44
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Apasport.az saytının xəbərinə görə, buna Avropa çempionatının İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda xoşagəlməz hadisələr səbəb olub.
Federasiya stadionda ictimai keçidlərin bağlanmasında, oyun zamanı siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham olunub.
Həmçinin qarşılaşmada pirotexniki vasitələrdən istifadə edilib və matç vaxtında başlamayıb.
Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşündə dronla qondarma rejimin əski parçası da qaldırılıb.
- “Mançester Siti”dən 145 milyon avroluq bomba – 5 illik müqavilə
- Avropa çempionatının biletləri satışa çıxarıldı
- Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
- Avropa çempionatı: Güləşçilərimiz son gündə qızıl üçün yarışacaqlar
- Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqladı
0
0